Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan: “Yunanıstan NATO və müttəfiqlərinə meydan oxudu”

93 Baxış

“Yunanıstan NATO və müttəfiqlərinə meydan oxudu”.

Turanmedia.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan avqustun 30-da Prezident Kompleksində Zəfər Gününə həsr olunmuş təntənəli konsertdə iştirak edib.

O, konsertdən əvvəl tədbir iştirakçılarına müraciət edib.

“Bir əsr əvvəl olduğu kimi, Yunanıstandan istifadə edərək vaxtımızı və enerjimizi boş yerə sərf etməyə çalışanların əsl niyyətlərini bilirik. Yunanıstan nə siyasi, nə iqtisadi, nə də hərbi baxımdan bizim rəqibimiz deyil”, – deyə prezident bildirib.

Ərdoğan Yunanıstanın təxribat xarakterli hərəkətlərinin qəbuledilməz olduğunu qeyd edib:

“Yunanıstan hava məkanımızın pozulması ilə başlayan və təyyarəmizin S-300 radarlarının tutulması ilə davam edən NATO və müttəfiqlərinə meydan oxudu”.

Türkiyə dövlətinin başçısı F-35 döyüş təyyarələrinin tədarükü məsələsinə də toxunub.

“Bizə verilməyən F-35-ləri Yunanıstana təklif etməklə, Amerika Rusiyanın hava hücumundan müdafiə sistemlərinin yolunu açdı, çünki onlar bu təyyarələrlə eyni sistemə düşdülər. Aldığımız hava hücumundan müdafiə sistemlərinə görə bizə F-35 vermədilər. Amma bizim üçün fərqi yoxdur. Bizə rədd edilən istənilən məhsulu istehsal etmək imkanımız var”, – deyə Ərdoğan bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678