Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu ölkə Türkiyədən “Bayraktar” alacaq

112 Baxış

Rumıniya Türkiyədən 300 milyon dollar dəyərində 18 ədəd “Bayraqdar” PUA-sı alacaq.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, avqust ayının əvvəlində parlamentdən silahlı qüvvələrdə istifadə olunan silahların modernləşdirilməsi çərçivəsində Rumıniya quru qüvvələri üçün ümumilikdə 18 ədəd “Bayraqdar” TB2 pilotsuz təyyarəsinin alınması üçün tender prosedurunu təsdiqləməsi üçün müraciət edib.

Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq 2004-cü ildən NATO üzvü olan Rumıniyanın Prezidenti Klaus mart ayında bildirib ki, 2023-cü ildə ölkənin müdafiə xərclərini ümumi daxili məhsulun 2%-dən 2,5%-ə çatdırılacaq.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678