Kadırovun “vida” çıxışı: Putin ona yüksək vəzifə verir

13 Baxış

Çeçenistan rəhbəri Ramzan Kadırov istefasının mümkünlüyünə işarə edib. Ancaq onun üçün güc strukturunda yüksək vəzifə hazırlanır.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə Rusiyanın “Meduza” nəşri mənbələrinə istinadla çıxış edib.

“Ramzan Kadırov Milli Qvardiyada rəhbər vəzifə tuta bilər”, – nəşr qeyd edib.

Putin administrasiyasına yaxın mənbə bildirib ki, bu təyinat hazırda nəzərdən keçirilir.

Qeyd edək ki, Ramzan Kadırov bu gün Teleqram kanalındakı video-müraciətində “müddətsiz və uzun məzuniyyətə” hazırlaşdığını bildirib.