Məşhur cütlüyün boşanma məhkəməsi filmə çevrilir

9 Baxış

Amerikanın “Discovery+” striminq xidmətində aktyor Conni Depp və aktrisa Ember Herdin boşanma məhkəməsindən bəhs edən film nümayiş olunacaq.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.

Layihə iki hissəli sənədli film kimi təqdim olunacaq. Ekran əsəri “Karib dənizinin quldurları”nın ulduzu və onu məişət zorakılığında ittiham edən keçmiş həyat yoldaşının məhkəmələrinə həsr olunub. Film “Conni Emberə qarşı: ABŞ-da hökm” adlanır. Filmdə məhkəmə işi ilə bağlı materiallar, həmçinin, Deppin vəkili ilə müsahibə yer alacaq. İlk hissəni16 sentyabr tarixindən izləmək mümkün olacaq.
Filmin ilk hissəsi Deppin məhkəmə prosesinə həsr olunacaq. Bu hissədə aktyorun “kobud uşaqlıq və narkotik asılılığını” araşdıraraq “Conninin özünün məişət zorakılığının qurbanı olduğunu ortaya qoyan hadisələrin alternativ variantı” təqdim ediləcək.

Filmin ikinci hissəsi isə Herd haqqında olacaq. Burada “aktrisa tərəfindən ilk dəfə kameraya çəkildiyi iddia edilən cinsi təcavüzün təfərrüatlı təsviri” göstəriləcək və “Deppin müdafiəçilərinin sosial şəbəkələr vasitəsilə ona necə amansızcasına hücum etdiyinə” toxunulacaq.

Xatırladaq ki, Conni Depp iyunun 1-də Ember Herdə məhkəmədə qalib gəlib. Hakimlər aktyorun keçmiş həyat yoldaşını böhtan atmaqda təqsirli bilib və ona Deppin şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı 15 milyon dollar təzminat ödəməyə qərar verib.(Qafqazinfo)