Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukrayna səfiri Qazaxıstanın tələbi ilə Nur-Sultanı TƏRK ETDİ

94 Baxış

Ukraynanın Qazaxıstandakı səfiri ölkə hakimiyyətinin tələbi ilə Nur-Sultanı tərk edərək Varşavaya uçub.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı TASS-a vəziyyətlə tanış olan mənbə bildirib.

Ukraynanın Qazaxıstandakı səfiri Petr Vrublevski Qazaxıstan hakimiyyətinin tələbi ilə respublikanı tərk edib.

“Rusları öldürməyə” çağıran Ukrayna səfiri Qazaxıstan hakimiyyətinin tələbi ilə Qazaxıstanı tərk edib. O, səhər Polşa aviaşirkətinin Varşava reysi ilə havaya qalxıb”, – deyə məlumatda bildirilir.

Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti daha əvvəl ukraynalı diplomatın sözlərinə hüquqi qiymət verəcəklərini bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678