Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Separatçı Arutyunyanla oliqarx Vardanyan GÖRÜŞDÜLƏR

93 Baxış

Qarabağdakı separatçı tör-töküntüsünün lideri Rusiyadan qaçan erməni oliqarxı qəbul edib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə qondarma qurum erməni mediasına məlumat verib.

Qondarma qurumun “prezidenti” Arayik Arutyunyan sentyabrın 8-də Rusiyadan Qarabağa köçən Ruben Vardanyanla görüşüb.

Məlumata görə, terrorçu Arayik “vətənpərvər” Vardanyanın Qarabağa köçmək və Qarabağın “təhlükəsizliyi” və inkişafında bilavasitə iştirak etmək qərarını alqışlayıb.

O, bunun bütün dünyada ermənilər üçün nümunə olacağına ümid etdiyini bildirib. Görüşdə “əməkdaşlıq” perspektivləri müzakirə olunub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678