Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya XİN: Xovayev sülh sazişini müzakirə etmək üçün Bakıdadır

102 Baxış

“Münaqişə sonrası nizamlanma ilə bağlı Rusiyanın Bakı və İrəvanla əməkdaşlığı, fəallığı və iş rejiminin tempi azalmayıb. Son bir neçə ildə yüksək və ali səviyyədə, diplomatlar və qurumlararası və yeni formalaşdırılan təmaslar mexanizmləri səviyyəsində təmasların intensivliyi bunu bir daha təsdiq edir”.

Turanmedia.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Moskvanın Bakı və İrəvanla təmaslarının demək olar ki, gündəlik formatda baş verdiyini söyləyib: “O ki qaldı ali səviyyədə görüşlərin mümkünlüyünə, xatırladım ki, bununla bağlı prezident administrasiyası şərh verə bilər”.

Zaxarova bu günlərdə Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi Bakıda səfərdə olduğunu bildirib. Onun sözlərinə görə, rusiyalı diplomat Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması perspektivlərini müzakirə etmək üçün Bakıya gedib: “Yaxın vaxtlarda Xovayev bu məqsədlə İrəvana səfər etməyi planlaşdırır”.

Mariya Zaxarova Rusiyanın üçtərəfli bəyanatların icrasına birinci dərəcəli önəm verdiyini əlavə edib.

“Ümumilikdə Rusiya tərəfi Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyətlərinin xətti ilə Bakı ilə İrəvan arasında təmasların möhkəmlənməsi daxil olmaqla ali səviyyədə imzalanan Üçtərəfli bəyanatların icra olunmasını birinci dərəcəli önəm verir. Ardıcıl olaraq bütün səviyyələrdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qeyd olunan razılaşmaları tam həcmdə həyata keçirilsin. Bu, Cənubi Qafqazda dayanıqlı sülhün formalaşması şərtlərini təmin edəcək, hansı ki, bu, təkcə region dövlətlərinin deyil, o cümlədən onların qonşularının da maraqlarına cavab verir”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678