“Türkiyə Ukrayna ilə Rusiya arasında körpüdür” – Zoran Milanoviç
76 Baxış

“Bir çox mövzularda danışdıq. Türkiyə xüsusilə Ukrayna ilə Rusiya arasında körpüdür”.
Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Xorvatiya prezidenti Zoran Milanoviç deyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinə səfərinə münasibət bildirən Xorvatiyanın dövlət başçısı bildirib ki, həm iqtisadi, həm də qonşuluq münasibətlərinə baxanda bunlar çox önəmlidir:
“Hazırda Türkiyə ilə ticarət dövriyyəmiz epidemiyadan əvvəlki səviyyəni keçərək 900 milyon dollara çatıb. Biz bunu daha da irəli aparmağa çalışırıq. Xorvatiyanın ilk geotermal elektrik stansiyası olan dəmir yolu layihəsini Türk şirkətləri boynuna götürüb. Təbii ki, Türkiyə ilə əlaqələrimizin daha da inkişafında maraqlıyıq”.