İranlı nazir Azərbaycanda təməlqoyma mərasiminə qatılacaq

11 Baxış

İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi Rusiya və Azərbaycan ilə birgə iclasda iştirak etmək üçün bu gün Bakıya gəlib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, 3 günlük səfər zamanı R. Qasemi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcək.

Bundan əlavə, Azərbaycandan İran vasitəsilə Naxçıvana çəkiləcək yeni tranzit xəttinin – Ağbənd körpüsünün təməlqoyma mərasimində iştirak edəcək.