Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstanlı müsəlmanlar İraq səfirliyi qarşısında aksiya keçirdi

131 Baxış

Gürcüstanın Marneuli və Poniçala bölgəsindən olan bir neçə qrup müsəlman İraqın Kərbəla şəhərinə “Ərbəin” səfər etmək istəsələr də sözügedən ölkə Gürcüstan vətəndaşlarına viza verməkdən boyun qaçırır.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, İraqın Tbilisidəki səfirliyi bir neçə dəfə viza veriləcəyini vəd etsə də, fəqət bundan boyun qaçırıb.

Səfirliyin qarşısında etiraz edən müsəlmanlar onlara “Ərbəin” səfəri üçün viza verilməsini tələb edirlər.

Bu mərhələdə diplomatik korpusdan onlara konkret bir açıqlama verilmir.

Etirazçılar diplomatik korpusun qarşısında “Səfirə lənət – Səfirə lənət” şüarları səsləndirirlər.(Publika.az)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678