Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ölkədə vəziyyət kritikdir – Dodondan böhran AÇIQLAMASI

96 Baxış

Moldovanın eks-prezidenti İqor Dodon qazın bahalaşması ilə bağlı respublikadakı vəziyyəti kritik adlandırıb.

Turanmedia.az Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə TASS-a müsahibəsində bildirib.

“İki il əvvəl Prezident Maia Sandu və onun Fəaliyyət və Həmrəylik Partiyası (PDS) xalqa “yaxşı zamanların gələcəyini” vəd etdi. Əslində, onlar son iki onilliyin ən pisi oldu: avqustda illik inflyasiya 34,3 faizə çatıb ki, bu da Avropada ən yüksək göstəricidir”, – Dodon bildirib.

Sabiq prezident qeyd edib ki, ərzaq 38,4 faiz, qaz isə 5 dəfədən çox bahalaşıb.

Moldovada enerji böhranı fonunda pulunu vaxtında ödəyə bilməyən istehlakçıların qazını kəsməyə başlayıblar. Avqustun əvvəlindən borcu 4 milyon leyi (200 min dollardan çox) keçən 700-dən çox istehlak məntəqəsi bağlanıb.

Eyni zamanda, Moldova hakimiyyəti sakinlərə qaz xərclərini kompensasiya edəcəyinə söz verib. Qeyd olunur ki, kompensasiya qismən olacaq və Qərb qrantları hesabına həyata keçiriləcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678