Paşinyan GİLEYLƏNDİ: “Bizə silah satmaq istəmirlər, alıb gətirmək üçün də dənizə çıxışımız yoxdur”
91 Baxış
“Ermənistana silah satmaq istəmirlər”.
Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistanın lazımi silahları əldə etmək üçün bütün maliyyə resursları var, lakin hamı İrəvana satmağa hazır deyil.
Baş nazir qeyd edib ki, silahların alınması 4 komponentdən ibarətdir: maliyyə, siyasi, texniki və nəqliyyat.
“Elə ölkələr var ki, siyasi mülahizələrə əsaslanaraq Ermənistana silah satmağa hazır deyillər. Bunu etməyə hazır olan ölkələr olsa da əleyhinə olan ölkələr də var. Nəqliyyat komponentinə gəlincə, Ermənistanın təəssüf ki, beynəlxalq satıcılardan silah alıb ölkəyə gətirmək üçün dənizə çıxışı yoxdur”, – deyə Paşinyan gileylənir.