Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qarabağı Azərbaycan ərazisi kimi tanıya biləcək bütün sənədlər bizim üçün qəbuledilməzdir” – Araik SƏRSƏMLƏDİ

90 Baxış

“Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıya biləcək bütün sənədlər bizim üçün qəbuledilməzdir”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Qarabağdakı separatçı tör-töküntülərinin lideri Araik Arutyunyan Facebook səhifəsində yazıb.

“Əziz həmvətənlər, bizi heç nə bizim seçdiyimiz yoldan döndərə bilməz. Bu yol – Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququnun ilkin və mübahisəsiz şərti əsasında Qarabağın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması yoludur.

Qarabağ Azərbaycanın bir hissəsi ola bilməz və olmamalıdır. Çünki birincisi, “arsax” xalqı öz taleyini öz “vətənində” həll edir, ikincisi, biz soyqırıma və vətəndən məhrum edilməyə imkan verməyəcəyik.

Biz dəfələrlə bəyan etmişik və indi də təsdiq edirik ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıya biləcək bütün sənədlər bizim üçün qəbuledilməzdir”, – deyə o çərənləyib.

Deyəsən, Arayik erməni qardaşlarının müsibətlərindən dərs almayıb. Yüzlərlə erməni leşinin ortalıqda qaldığı bir vaxtda bu cür sərsəm çıxış etmək ancaq xəstə təfəkkürlü axmağın ağlına gələ bilər. Belə getsə, “Dəmir yumruq” Araikin başını birdəfəlik əzəcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678