Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sabiq erməni nazirdən KTMT barədə sensasion sözlər

94 Baxış

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) gec-tez dağılan bir strukturdur, günün birində öz fəaliyyətini dayandıracaq.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu “hraparak”a açıqlamasında Ermənistanın sabiq ədliyyə naziri Ovanes Manukyan deyib.

Onun sözlərinə görə, bu gün reallıq ondan ibarətdir ki, KTMT-yə üzv ölkələrin Ermənistandan daha çox Azərbaycanla yüksək səviyyədə sıx münasibətləri var: “Ona görə də Ermənistan cəmiyyəti bu reallığı qəbul edib, buna uyğun şəkildə addımlar atmağı düşünməlidir”.

Sabiq erməni nazir əlavə edib ki, Ermənistan cəmiyyəti bu reallığı həzm etdikdən sonra siyasi hakimiyyət bu nəticəyə uyğun addımlar atmalıdır: “Çünki biz aydın şəkildə başa düşməliyik ki, birinci növbədə ölkəmizin maraqlarıdır. Bu mənada hesab edirəm ki, Ermənistanın düşünmək və qərar vermək problemi var”.

Sabiq nazir onu da bildirib ki, KTMT-nin Ermənistan-Azərbaycan münaqişəsinə heç bir şəkildə, xüsusən də Ermənistanın maraqlarının müdafiəsi baxımından ciddi müdaxilə etməyəcəyi göz qabağındadır: “Belə olan halda KTMT ilə əlaqə saxlamağa dəyərmi? Hesab edirəm ki, bununla bağlı KTMT ilə hər hansı ünsiyyət qurmaq və ya hansısa formada ondan dəstək gözləmək sadəlövhlükdür. Az-çox analitik düşüncəsi olan KTMT-dən heç bir dəstək və müdaxilənin olmayacağını aydın görür. Qlobal miqyasda KTMT ilə bağlı onu deməliyəm ki, bu və ya digər halda, yaxud da hansısa ölkənin çıxması nəticəsində KTMT gec-tez dağılan strukturdur”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678