Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“İran ordusu təkcə Zəngəzura deyil, ölkədə hakimiyyət dəyişikliyinə qədər nüfuz edə bilər” – Badalyan

85 Baxış

İran ordusu təkcə Zəngəzura deyil, daha dərinlərə də nüfuz edə bilər.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu erməni mediasına müsahibəsində siyasi strateq Armen Badalyan deyib.

O bildirib ki, İran qoşunları Ermənistana daxil olarsa, onlar təkcə Zəngəzura deyil, daha dərinə və ola bilsin ki, ölkədə hakimiyyət dəyişikliyinə qədər nüfuz edə bilərlər.

 

Badalyan İranı Zəngəzur dəhlizinin ən qızğın əleyhdarı adlandırıb və Xamenei səviyyəsində dəhlizin olmayacağını qeyd edib.

 

O, bunu onunla izah edib ki, Türkiyədən Pakistana qədər mühasirəyə alınacaq İran dəhlizdən ən çox zərər çəkəcək, ona görə də Tehran buna icazə verə bilməz və o. tək hərəkət edəcək.

 

“Bütün qalan ölkələr yalnız bu və ya digər mövqe ilə çıxış edə bilər”, – Badalyan deyib.

 

Onun sözlərinə görə, Qərb Türkiyə ilə birlikdə dəhlizin Rusiyanın nəzarətindən çıxması üçün hər şeyi etməyə çalışır. Çünki plana görə, bu, Qərb üçün Mərkəzi Asiya, Pakistan, Şərqi Çinə açıq yol olmalıdır.

 

“Azərbaycan Zəngəzur dəhlizinin açılması məqsədindən geri çəkilməyəcəyini bildirib, çünki bu dəhliz açılsa, Azərbaycan regional ölkəyə çevriləcək və böyük türk regionunda Qərbin mühüm tərəfdaşına çevriləcək.

 

Rusiya üçün də dəhliz qəbuledilməzdir. Lakin Ukraynadakı uğursuzluqları və Türkiyə ilə münasibətləri gərginləşdirmək istəmədiyini nəzərə alsaq, Kreml Moskvanın nəzarəti altında dəhlizin Türkiyə və ya Azərbaycandan idarə edilməsinə razılaşa bilər. Bu da öz növbəsində Rusiyaya qarşıdır, Qərbi də narazı salır”, – deyə Badalyan fikrini tamamlayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678