Nensi Pelosi Nikol Paşinyanla görüşdü

9 Baxış

Ermənistanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Baş nazir Nikol Paşinyanla görüşüb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin “Twitter” hesabında bildirilib.

“Spiker Pelosinin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti ABŞ-Ermənistan tərəfdaşlığı və digər prioritetləri, həmçinin demokratiya, regionda təhlükəsizlik və sabitliyin inkişaf etdirilməsi üzrə birgə öhdəliyimizi müzakirə etmək üçün Baş nazir Paşinyanla görüşüb”,- məlumatda qeyd olunub.