Pelosi Paşinyanla görüşdə Rusiyaya hücum etdi

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistan hakimiyyətinə və xalqına daha bir ciddi mesaj verib.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pelosi Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə deyib.
“Ermənistanda demokratiyanın dəstəklənməsi, “erməni soyqırımı” haqqında qətnamənin qəbulu (Nümayəndələr Palatasında qondarma soyqırım qətnaməsinin qəbulu nəzərdə tutulur – red.), Türkiyənin Qarabağ məsələsində fəaliyyətinə qarşı və bütün digər məsələlərdə biz Ermənistanın dostuyuq. Biz sizin hakimiyyətə hörmət əlaməti olaraq burdayıq”, – Pelosi ermənilərə müraciətlə bildirib.
Pelosi ötənilki parlament seçkilərinə də toxunub və onu ədalətli və azad seçkilər adlandırıb:
“Bu, (Paşinyanın qələbəsi – red.) müharibə və digər şərtlər daxilində çox əlamətdar qələbə idi”.
Qeyd edək ki, Pelosinin Paşinyanı bu qədər tərifləməsi və xalqa “sizin hakimiyyətinizə hörmətimizə görə burdayıq” deməsi təsadüfi deyil. Paşinyanın sosial-ictimai dəstəyini gücləndirməyə çalışan ABŞ onun vasitəsilə Rusiya hərbi-siyasi varlığını Ermənistandan çıxarmaq uğrunda açıq və sərt savaşa girdiyini göstərir.
Yada salaq ki, Pelosi Ermənistanın KTMT-dən çıxacağı təqdirdə ABŞ-ın tam dəstək verəcəyini bu gün mətbuat konfransında elan etdi.