Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Pelosinin Qafqazdakı proseslərə zərbə vurmağa gücü yoxdur” – Ərdoğan

93 Baxış

Türkiyə prezidenti ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfərini şərh edib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Pelosinin Cənubi Qafqazdakı proseslərə təsir rıçaqları yoxdur.

“Əminəm ki, onun səfəri bir çox yerlərdə narahatlıq doğurub. Mövzunu şişirtməyə dəyməz. Bu gün biz bəzi hazırlıqları davam etdiririk və tezliklə müvafiq addımlar atacağıq. Hazırda biz Avropa Siyasi Birliyinin Praqada keçiriləcək iclasında iştirakla bağlı məsələni müzakirə edirik. Çexiyaya səfər etmək qərarına gəlsək, Paşinyan da orada olacaq. Erməni tərəfi bundan əvvəl qarşıdakı platformada görüş ideyasını bildirmişdi. Ola bilsin ki, bizim orada bütün bu məsələləri müzakirə etmək imkanımız olacaq. Lakin təbii ki, bizim Qafqazda da müəyyən təşəbbüslərimiz olacaq. Hazırda o, hələ planlaşdırma mərhələsindədir. Mən bu məsələləri qardaşım İlham Əliyevlə müzakirə edəcəyəm və bundan asılı olaraq addımlar atacağıq”, – deyə Ərdoğan bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678