Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya 300 mini toplaya bilməyəcək – Ekspert

96 Baxış

Rusiya 300 min insanı səfərbər edə bilməyəcək.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznev bildirib.

“Rusiya silahlı qüvvələrinin komissarlıqlarının işi bir qədər axsaqdır. Hərbi komissarlıqlar müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı nəzərdə tutulan planları yerinə yetirmir”, – ekspert vurğulayıb.

Seleznev belə bir səfərbərlik sisteminin mövcudluğu şəraitində rusların Ukraynadakı müharibə üçün ən qısa zamanda kifayət qədər kadr toplaya biləcəyinə əmin deyil.

Eyni zamanda, o qeyd edib ki, Ukrayna Rusiya işğalçılarının sayındakı dəyişiklikləri nəzərdən qaçırmamalıdır, lakin ilk növbədə Ukrayna ordusunun döyüş qabiliyyətinin artırılmasına diqqət yetirməlidir.

Ekspert xatırladıb ki, Ukrayna hazırda tərəfdaşlardan çox təsirli silahlar alır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678