Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransa polisi İran səfirliyini qorudu, bəs Azərbaycanın?

83 Baxış

Fransa polisi İranın Parisdəki səfirliyi qarşısında bir neçə yüz nümayişçini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

“Səfirlik binasına gedən yolda polis kordonunu yarmaq və diplomatik nümayəndəliyə soxulmaq istəyən nümayişçiləri geri itələmək üçün polis bir neçə dəfə etirazçılara gözyaşardıcı qaz tətbiq edib”, – məlumatda deyilir.

Eyni zamanda, bu ərəfələrdə İranda etirazçılara dəstək məqsədilə Fransa paytaxtında da iki nümayiş keçirilib. Marsel, Bordo, Strasburq, Lion və Renn şəhərlərində də bir sıra etiraz aksiyaları baş tutub.

Qeyd edək ki, bir müddət öncə Parisdə erməni vandalları tərəfindən Azərbaycan səfirliyinə hücum zamanı Fransa polisi ən adi təhlükəsizlik tədbirləri belə görməmişdi.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678