İranda dövlətə dəstək aksiyaları keçirildi

58 Baxış

İranın paytaxtı Tehran, eləcə də Təbriz, Qəzvin, Zəncan və digər böyük şəhərlərində kütləvi aksiyalar keçirilib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları son günlər ölkədə baş verən iğtişaşları pisləyərək dövləti və onun həyata keçirdiyi siyasəti dəstəkləyiblər. Aksiyaçılar İran cəmiyyətində qarşıdurma yaratmağa çalışanları, ictimai-siyasi sabitliyi pozanları, dövlət və xüsusi mülkiyyətə zərər vuranların cəzalanmasını tələb ediblər. Qeyd olunub ki, İran xalqı hər zaman dövlətinin yanındadır və onun siyasi xəttini dəstəkləyir.

Qeyd edək ki, sentyabrın 16-da Tehranda Məsiha Əmini adlı 22 yaşlı qızın baş örtüyünü düzgün örtmədiyinə görə əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq ölməsi İranın 60-dan çox şəhərində kütləvi etirazlara səbəb olmuşdu. Son məlumata görə, aksiyalarda 55 nəfər ölüb.