Paşinyan KTMT baş katibini QƏBUL ETMƏDİ – Zas Ermənistanı TƏRK ETDİ

13 Baxış

Paşinyan KTMT baş katibini qəbul etməyib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Qəzet yazır ki, KTMT-nin baş katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 20-də İrəvana gəlib və onların burada 5 gün, yəni sentyabrın 25-nə kimi qalması planlaşdırılıb.

KTMT missiyası Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək və gərginliyin azaldılması üçün təkliflər hazırlamaq üçün gəlib.

“Dövlət başçısının KTMT-nin baş katibini qəbul edəcəyi güman edilirdi. Axı bu gün sərhəd gərginliyinin yumşaldılması prioritetdir, lakin Paşinyan KTMT-nin baş katibini qəbul etməyib.

Ermənistana gəldikdən iki gün sonra o, Nyu-Yorka gedib və orada BMT Baş Assambleyasının sessiyası çərçivəsində KTMT və Rusiyanın bir nömrəli düşməni, NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Lakin bu müddət ərzində Zas Ermənistanda ikinci eşalonun rəsmiləri – Baş nazirin müavini, Təhlükəsizlik Şurasının katibi, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşlər keçirib.

Dünən məlumat yayılıb ki, Paşinyanın Nyu-York görüşündən xəbər tutan Zas bir neçə gün əvvəl Ermənistanı tərk edib. Onun konkret hansı gündə getdiyini isə Xarici İşlər Nazirliyi öyrənə bilməyib.

Məsələ burasındadır ki, sentyabrın 22-dən sonra Zas heç bir görüşdə iştirak etməyib, onun iştirakı ilə hər hansı tədbirlə bağlı məlumat yayılmayıb”, –deyə qəzet yazıb.