Rusiyadan qaçanlara PİS XƏBƏR – Gürcüstanla sərhəddə səfərbərlik məntəqəsi YARADILIR

17 Baxış

Rusiya Gürcüstanla sərhəddə səyyar səfərbərlik məntəqəsi yerləşdirmək qərarına gəlib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Gürcüstanla sərhəddə yerləşən Yuxarı Lars sərhəd-keçid məntəqəsində səyyar komissarlıq yerləşdiriləcək.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Gürcüstanla sərhəddə yerləşən Yuxarı Lars sərhəd-keçid məntəqəsində hərbi komissarlığın səfərbərlik məntəqəsi yaradılacaq.

Qərar Şimali Osetiyanın daxili işlər nazirinin, Dövlət Yol Müfəttişliyinin rəisinin, FTX-nin respublika üzrə sərhəd idarəsi və Şimali Osetiya gömrüyünün rəislərinin iştirakı ilə keçirilən kənar iclasda qəbul edilib.

Bundan əlavə, Yuxarı Larsda piyadaların sərhədi keçməsinə icazə veriləcək.

“İclas iştirakçıları qeyd ediblər ki, Gürcüstana doğru hərəkət edən yüngül avtomobillərin axını ciddi şəkildə artır. Görülmüş tədbirlərə, o cümlədən yol polisi və təhlükəsizlik qüvvələrinin gecə-gündüz növbətçiliyinin artırılmasına baxmayaraq, vəziyyət son dərəcə gərgin olaraq qalır. Bu da yol polisinin vətəndaşların təhlükəsizliyinin təşkili baxımından əlavə tədbirlər görməsini tələb edir”, – məlumatda deyilir.

“Bu məqsədlə qeyri-qanuni davranış və münaqişəli vəziyyətlərin yaranması risklərinin azaldılması üçün vətəndaşların sərhədi piyada keçməsinə icazə verilməsi barədə qərar qəbul edilib və bu istiqamətdə bir sıra əlavə tədbirlər nəzərdə tutulub. Bundan əlavə, yaxın vaxtlarda buraxılış məntəqəsində Hərbi Komissarlığın səfərbərlik məntəqəsi yerləşdiriləcək”, – deyə Daxili İşlər Nazirliyindən bildirilib.