13 Baxış

Bəzi ölkələr, o cümlədən müttəfiqlərimiz bizə yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər, bunun üçün ilkin sifariş verilmişdi.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan bildirib.

“Silahların alınması üçün yüz milyonlarla dollar ödənilib, lakin tədarük öhdəlikləri müttəfiq ölkələr tərəfindən yerinə yetirilməyib. Bunlar acı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik”, – Paşinyan Ermənistan parlamentinin iclasında deyib.

Onun sözlərinə görə, bu, bir məqsədlə həyata keçirilir – Ermənistanın suverenlikdən, dövlətçilikdən, ərazi bütövlüyündən əl çəkməsi üçün edilir.

“Ancaq vurğulamaq istəyirəm ki, bütün amillərə baxmayaraq, biz müstəqilliyimizi və suverenliyimizi müdafiə etməkdə qətiyyətliyik”, – Paşinyan əlavə edib.

Hökumət başçısı vurğulayıb ki, Azərbaycan Ermənistana silah verilməsinin qarşısının alınmasında mühüm rol oynayır.

Onun sözlərinə görə, Azərbaycan imkan daxilində bütün istiqamətlərdə, o cümlədən müttəfiqlər tərəfindən silah tədarükünün qarşısını alır.