Zelenski Qafqaz xalqlarına MÜRACİƏT ETDİ: “Dağıstanlılar ölməməlidir” –

17 Baxış

Ukrayna prezidenti Volodimir Zelenski Qafqaz və Sibir xalqlarına rus dilində müraciət edib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, müraciətin videosu Ukrayna Prezidentinin teleqram kanalında yayılıb.

“Rusiya müharibəsində dağıstanlılar ölməməlidir. Çeçenlər, inquşlar, osetinlər, çərkəzlər və Rusiya bayrağı altında qalan hər hansı digər xalq. Ümumilikdə 200-ə yaxın millət var. Bilirsiniz ki, onlar sizdən “yük 200” etmək istəyirlər”, – Zelenski bildirib.

Ukrayna lideri, həmçinin onların yaşamaq istədiklərinə və “yalanlardan bezdiklərinə” əmin olduğunu bildirib.

“Əminəm ki, bilirsiniz: indi döyüşməliyik! Biz görürük ki, siz Rusiya hakimiyyətinin öz kadr ordusunun uğursuzluğunun qarşısını almaq istədiyi səfərbərliyə müqavimət göstərirsiniz. Ölməmək üçün mübarizə aparın!

İndi küçələrdə və meydanlarda azadlığınızı müdafiə edin ki, daha sonra Rusiya hakimiyyəti növbəti səfərbərlik dalğalarına başlayanda sadəcə yaşamaq hüququnuz üçün dağlarda və meşələrdə döyüşmək məcburiyyətində qalmayasınız. Döyüşün! Siz qalib gələcəksiniz”, – Zelenski deyib.