Rusiyada polislərin ölkədən çıxışı qadağan edilib

16 Baxış

Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev səfərbərlik elan edildikdən sonra polislərə ölkəni tərk etməyi qadağan edib.

Turanmedia.az oxu.az-a istinadən xəbər verir ki, səyahət qadağası ilə bağlı qərar sentyabrın 23-də imzalanıb. Qərara əsasən, səfərbərlik elan edildikdən sonra aviabilet və ya turpaket alan hüquq-mühafizə orqanlarının əməkdaşları onlardan istifadə edə bilməyəcəklər.

Səfərbərlik elan edilməzdən əvvəl bilet alanlara da Rusiyanı tərk etmək icazəsi verilməyib.

Hətta dövlət sirlərinə çıxışı olan polis əməkdaşlarının pasportlarını təhvil vermələri ilə bağlı göstərişə dair xəbərlər var.