Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Düşünürəm ki, “Qarabağ” sözü sülh müqaviləsində olmamalıdır” – Erməni spiker

95 Baxış

“Düşünmürəm ki, “Qarabağ” sözü sülh müqaviləsində olmalı və ya ola bilər”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu oktyabrın 4-də Ermənistan parlamentində jurnalistlərə müsahibəsində spiker Alen Simonyan deyib.

O bildirib ki, Qarabağla bağlı bütün məsələlər ilk növbədə Qarabağın “hakimiyyət orqanları” ilə müzakirə edilir və qərar qəbul edilərkən onların rəyinə üstünlük verilir.

“Azərbaycanın ərazi bütövlüyü sülh müqaviləsində tanınsa, Qarabağ öz müqəddəratını təyinetmə hüququnu itirə bilərmi” sualına Simonyan belə cavab verib:

“Biz hələ 1991-ci ildə bir-birimizin ərazi bütövlüyünü tanımışıq. Sonradan imzalanmış sənədlər də var ki, bir-birimizin ərazi bütövlüyünü tanıyırıq.

Yenə deyirəm, Ermənistan müstəqillik əldə etdikdən sonra heç vaxt ərazi iddiası ilə çıxış etməyib. Söhbət Qarabağ əhalisinin öz müqəddəratını təyin etmək hüququndan gedirdi.

Bunlar hüquq məsələləridir və mən düşünmürəm ki, “Qarabağ” sözü Ermənistanla Azərbaycan arasında bağlanmış sülh müqaviləsində olmalıdır və ola bilər. Bu, mənim şəxsi fikrimdir və düşünürəm ki, həmkarlarım da bununla razılaşırlar”.

“Erməni gücünün qırmızı xətlərinin nə olacağı ilə bağlı” suala spiker belə cavab verib:

“İndi sənəd yoxdur, hansı qırmızı xətlərdən danışım? Biz beynəlxalq normalara əsaslanan sülh müqaviləsi imzalamağa hazırıq”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678