Su-34 Rusiyada binaya çırpıldı: 4 ölü, 6 itkin

17 Baxış

Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasının həyətinə düşüb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, bina birinci mərtəbədən 9-cu mərtəbəyə qədər yanıb. Yanğın binanın 15 mənzilini əhatə edib.

Qeyd olunub ki, Su-34 qırıcı təyyarəsi qəzaya uğrayıb. Həlak olan və yaralananlar barədə məlumat verilməyib.