Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İtaliyanın yeni baş naziri təyin edildi

84 Baxış

İtaliya Prezidenti Sercio Mattarella parlament seçkilərində qalib gələn “İtaliya qardaşları” partiyasının lideri Corciya Meloniyə İtaliya hökumətini qurmaq mandatını təhvil verib.

Turanmedia.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Baş katibi Uqo Campetti məlumat verib.

“Prezident Corciya Meloniyə hökuməti qurmaq mandatı verdi, o, bunu qəbul etdi”, – deyə Campetti qeyd edib. O əlavə edib ki, Meloni yeni Nazirlər Kabinetinin siyahısını prezidentə təqdim edib.

Bildirilir ki, İtaliyanın yeni hökuməti oktyabrın 22-də saat 10:00-da (Bakı vaxtı ilə 12:00) and içəcək.

Beləliklə, Corsiya Meloni İtaliya tarixində ilk qadın baş nazir olub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678