İranda su təchizatı ilə bağlı problemlər yarandı

16 Baxış

İranın paytaxt Tehran da daxil olmaqla Məşhəd, İsfahan və bir sıra iri şəhərlərində su təchizatı ilə bağlı problemlər artmaqdadır.

Turanmedia.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının energetika naziri Əliəkbər Mehrabian bildirib.

Onun sözlərinə görə, hazırdaTehranın sudan səmərəsiz istifadə edən sakinləri üçün suyun müvəqqəti olaraq dayandırılması gündəmdədir.