Bayden növbəti seçkilərdə iştirak edəcək?

19 Baxış

ABŞ Prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə dövlət başçısı postu uğrunda mübarizədə iştirak etmək niyyətində olduğunu, lakin hələlik bu məsələ ilə bağlı yekun qərar vermədiyini bildirib.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, o, bu barədə MSNBC telekanalına müsahibəsində deyib.

“Mən rəsmi qərar verməmişəm, lakin bu mənim niyyətimdir” – Bayden qeyd edib.