Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zatulinin Ermənistana girişinə qadağa qoyuldu

89 Baxış

Ermənistan hakimiyyəti Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyub.

Turanmedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazıb.

Məlumata görə, siyasətçi Ermənistanda “persona non-qrata” elan olunub.

Nəşrin iddiasına görə, Zatulin Ermənistan hökumətini 44 günlük müharibədə məğlubiyyətdə ittiham edib, ölkənin daxili işlərinə qarışaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

K.Zatulin isə öz növbəsində Ermənistanın bu qərarına münasibət bildirərək bunu təhqiredici hərəkət kimi qiymətləndirdiyini açıqlayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678