Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Rusiya SSRİ-nin və çar imperiyasının tarixi irsindən əl çəkməyəcək” – Putin

73 Baxış

“Rusiya SSRİ-nin və çar imperiyasının tarixi irsindən əl çəkməyəcək”.

Turanmedia.az-ın məlumatına görə, “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.

“Siz heç nədən imtina edə bilməzsiniz: çar imperiyasında da, Sovet İttifaqının tarixində də kifayət qədər müsbət məqamlar var idi”, – deyə Prezident vurğulayıb.

O qeyd edib ki, hər iki dövrün öz çətinlikləri olub, lakin onlar müxtəlif yollarla aradan qaldırılıb.

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bir müddət əvvəl Putinin SSRİ-ni yenidən yaratmaqla tarix yazmağa can atdığını bildirmişdi.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678