Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstan həbsxanalarında neçə Azərbaycan vətəndaşı saxlanılır?

70 Baxış

Gürcüstan həbsxanalarında 99 Azərbaycan vətəndaşı saxlanılır.

Turanmedia.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin sentyabr ayı üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 89-u kişi, 9-u isə qadındır. Onlardan 73-nə hökm oxunub, 16-na qarşı isə ittiham irəli sürülüb.

Həbs edilmiş Azərbaycan vətəndaşlarından 2-si isə yetkinlik yaşına çatmayan şəxsdir.

Hazırda Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 43 nəfər təşkil edir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678