Putin növbəti prezident seçkilərində iştirak edəcək?

12 Baxış

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməklə bağlı hələ qərar verməyib.

Turanmedia.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

“Xeyr”, – deyə Peskov jurnalistlərin Putinin artıq qərar verib-verməməsinə dair sualını cavablandırarkən deyib.