Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Nensi Pelosi yenidən Nümayəndələr Palatasına seçilib” – KİV

82 Baxış

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Kaliforniya ştatında təkrar seçkilərdə qalib gəlib.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda CNN məlumat yayıb.

Məlumatına görə, o, 82% səslə respublikaçı rəqibi Con Dennisi qabaqlayır.

Lakin Respublikaçılar Nümayəndələr Palatasında yerlərin əksəriyyətini qazansa, spiker partiyanın nümayəndələri arasından təyin ediləcək.

CNN-in onlayn seçki nəticələri tablosuna əsasən, respublikaçılar seçkilərdə öndədirlər (193 Respublikaçı namizəd, 170 demokrata qarşı).

Qeyd edək ki, Nensi Pelosi 1987-ci ildən Nümayəndələr Palatasının üzvüdür. O, 2019-cu ildən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədridir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678