Pakistan baş naziri Türkiyəyə başsağlığı verdi
52 Baxış

Pakistanın Baş naziri Şahbaz Şərif İstanbulda baş vermiş partlayışa görə Türkiyəyə başsağlığı verib.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:
“Pakistan hökuməti və xalqı həyatını itirən qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edir”.
Qeyd edək ki, İstiqlal prospektində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.