Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mirzoyandan Çavuşoğluya başsağlığı mesajı

74 Baxış

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İstanbulda törədilən terror aktı ilə bağlı türkiyəli həmkarı Mövlud Çavuşoğluya başsağlığı verib.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Ararat Mirzoyanın tviter hesabında bununla bağlı etdiyi paylaşımda deyilir:

“İstanbulda baş verən partlayışda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzu edirəm”.

Xatırladaq ki, noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində baş verən terror aktı nəticəsində 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678