Makron Türkiyəyə türkcə başsağlığı verdi

10 Baxış

Fransa Prezidenti Emmanuel Makron İstanbulda baş verən terror aktı ilə bağlı Türkiyəyə başsağlığı verib.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Makron bununla bağlı öz rəsmi tviter hesabında türkcə paylaşım edib.

“Millətimiz üçün olduqca simvolik olan bu gündə, 2015-ci il noyabrın 13-ü həlak olanların xatirəsini anarkən, Türkiyə xalqı qəlbindən, İstanbuldan hücuma məruz qaldı. Türkiyə xalqına mesajımız: kədərinizi bölüşürük. Başımız sağ olsun. Terrorla mübarizədə yanınızdayıq”, – deyə Makron paylaşımında qeyd edib.

Qeyd edək ki, noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində baş verən terror aktı nəticəsində 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.

Xatırladaq ki, 2015-ci il noyabrın 13-ü Fransanın paytaxtı Parisdə terror aktları törədilib. Şəhərdə demək olar ki, eyni anda bir neçə hücum baş verib. Hadisə nəticəsində 130-dan çox insanın həlak olduğu bildirilir.