Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan Rusiyadan imtina edir

77 Baxış

“Bu gün PUA-ların ən yaxşı nümunələri Rusiyada deyil. Dünyada Rusiyadan da qat-qat yaxşı PUA analoqu olan ölkələr var. Biz 44 günlük müharibədə şahid olduq”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni deputat Armen Xaçatryan deyib.

“Ermənistan silah əldə etmək prosesini fəal şəkildə davam etdirir, bu müzakirələr lazım olanı verməyə hazır olan ölkələrlə aparılır.

Ermənistanın hərbi potensialının əsas hissəsini Rusiya silahları təşkil edir. Rusiyanın özünü doğrultmuş kifayət qədər yaxşı silahları olsa da, başqa ölkələrdən alınması lazım olan silahlar da var. Biz 44 günlük müharibəni gördük. Ukraynada, Suriyada döyüşləri görürük və bizim mütəxəssislər Ermənistana hansı silahlara ehtiyacı olduğunu çox yaxşı bilirlər”, – deyə erməni deputat qeyd edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678