Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məzahir Pənahov Qazaxıstanda prezident seçkilərini izləyəcək

63 Baxış

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti 2022-ci il noyabrın 20-də Qazaxıstanda keçiriləcək növbədənkənar Prezident seçkilərini müşahidə etmək məqsədilə Astana şəhərinə səfər edib.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, MSK-nın nümayəndə heyətinin qarşıdan gələn növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirakı Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən gerçəkləşdirilir.

Mərkəzi Seçki Komissiyasının nümayəndələri Qazaxıstanın paytaxtında yerləşən seçki məntəqələrində müşahidə aparacaq və səsvermə günü proseslərini izləyəcəklər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678