Akar SƏRT DANIŞDI: Buna qadirik…

61 Baxış

“Bildirmək istəyirəm ki, biz ölkəmizi və millətimizi 40 ildir davam edən terror bəlasından xilas etmək əzmindəyik”.

Turanmedia.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, ölkəsi terrorub kökünü kəsməkdə qərarlıdır:

“Demək istəyirəm ki, biz bunu bacarırıq. Biz şəhidlərimizin, günahsız insanların qanını heç vaxt yerdə qoymamışıq, qoymuruq, qoymayacağıq!”.

Akar, son terrorçu zərərsizləşdirilənə qədər mübarizənin davam edəcəyini bəyan edib.

Qeyd edək ki, antiterror əməliyyatının gedişatını Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler izləyib