Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Kurtlar vadisi”ndəki məkana basqın: 29 qumarbaz tutuldu

72 Baxış

Türkiyənin məşhur seriallarından olan “Kurtlar Vadisi”ndə qumarxana səhnəsinin çəkildiyi məkanda əməliyyat keçirilib.

Hüquq-mühafizə orqanlarının İstanbulun Üsküdar bölgəsində keçirdiyi əməliyyat zamanı obyektin qumarxana kimi istifadə olunduğunu aşkarlanıb.

Nəticədə 29 qumarbaz və qumarxananı işlədən şəxslər məsuliyyətə cəlb edilib.

Həmin obyektin 18 il əvvəl “Kurtlar Vadisi” serialında qumar oynanılan məkan kimi görüntülənməsi hər kəsin təəccübünə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678