Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çində fabrikdə yanğın: Onlarla insan həlak oldu

72 Baxış

Çinin Henan vilayətindəki fabrikdə baş verən yanğında ən azı 36 nəfər ölüb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə vilayət hökumətinin açıqlamasında bildirilib. Qeyd edilib ki, Anyan şəhərindəki yanğın nəticəsində 2 nəfər itkin düşüb, 2 nəfər isə xəsarət alıb.

Noyabrın 21-də günorta saatlarında başlayan yanğın axşam saat 20:00 radələrində nəzarət altına alınıb.

Hazırda ərazidə axtarış işləri aparılır. Ölü və yaralı sayının artması istisna olunmur.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678