Lukaşenko KTMT-nin taleyindən danışdı: “Əgər Rusiya çökərsə…”

8 Baxış

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) taleyi Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın uğurundan asılıdır”.

Turanmedia.az-ın məlumatına görə, TNS BELTA-ya istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin İrəvanda keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, KTMT-nin taleyinin Rusiyadakı uğurdan asılı olması ilə bağlı fikirlər getdikcə artır.

“Hiss edirəm ki, biz ümumi fikrə gəlmişik ki, əgər Rusiya çökərsə, bizim yerimiz bu dağıntılar altındadır”, – Belarus lideri deyib.

Lukaşenko vurğulayıb ki, beynəlxalq və regional təhlükəsizlik arxitekturasında mövcud böhran təşkilata təsir edir.

Bundan əvvəl Lukaşenka Ukraynada axan qanı dayandırmağa və sülh danışıqlarına başlamağa çağırıb.(publika.az)