Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Sülhməramlılar Bakının müraciətlərinə ETİNASIZ yanaşır” – ŞƏRH

81 Baxış

2020-ci il sentyabrın 27-si Azərbaycanın başlatdığı əks hücum Rusiyada elə təəssürat yaradırdı ki, Bakının gücü 4 günlük savaşa çatacaq və 1-2 təpəni geri qaytararaq atəşkəsə razılaşacaq. Xalq dili ilə desək, “sənin təpən haqqı, Kreml”. Təpələr qəlpələndi, cinahlar cəbhələndi, 4 də 44-ə döndü.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, ilk günlər savaşı ciddiyə almayan Rusiya oktyabr və noyabr aylarında müxtəlif üsullarla yalvarmağa başladı, bu metodun faydasızlığını görüb hədə üsullarına keçdi:

✓ Makedoniyalı İsgəndərin tuta bilmədiyi ölkəni “İsəgəndər-M” raketi ilə qorxutmağa çalışdı.
✓ Ruslar atəşkəsə nail olmaq üçün Naxçıvan səmasında öz helikopterlərini vurdular.

Çünki Putin gürcülərin ona nifrət etdiyini bilir. Kreml anlayırdı ki, Ukrayna iddialarının ömrünə az qalıb. Orta Asiya rus orbitindən çıxmaq üzrədir, Azərbaycan müstəqildir. Yəni Putin üçün vəziyyət ruscadır, çünki Ermənistan hakimiyyətində də Qərbin adamıdır. Rusiya hər yolla “erməni xilaskarı” statusunu qorumağa çalışmalı idi. Həm də Kremlin dünyadakı nüfuzu ayaqlar altındaydı, dəm Pyotrun vəsiyyətlərindən dəm vuran Putin dəstək çatışmazlığı yaşayırdı. Bakı da məzlum halı almış Rusiyaya yardım əlini uzatdı, Putinin “timsah göz yaşları”nı sildi, Kremli erməni xilaskarı statusunda saxladı ki, bəlkə də düz yola gələrlər.

• Allah da iblisi mələklərlə eyni mərtəbəyə qaldırmışdı, amma…

Bəli, Rusiya da rusiyalığından qalmadı. Halbuki 2020-nin oktyabrında sağı-solu tələ, arxasında pişik, önündə ev yiyəsi olan siçan kimi qaçıb gizlənməyə deşik axtarırdı. Onları Qarabağa buraxdıq, Navalni hücumlarından gizlətdik. Lakin Xankəndiyə yuva qurmaq üçün buraxmadıq. Onsuz da orada ermənilərin əxlaqsızlıq yuvası var idi, ikincini neyləyirik? Bəs indi, iki ildən sonra Rusiyanın dünənini unutmasına “qudurasan, qurbağa”dan çox yaraşan frazeoloji birləşmə tapmadım. Təzə-təzə hər cür müdafiə nazirliyimizin qılığına girən sülhməramlılar özünə “pullu qaqaş” tapan matanlar kimi indi mesaj və müraciətlərimizi qulaq ardına vururlar.

Müdafiə nazirliyinin mətbuata açıqlamasından:

– Təəssüf edirik ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır. Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladırıq. Yenə də Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq.

Ötən yazıların birində rus sülhməramlıların Bakının toponim tələbinə cavabını tənqid etmişdim. Onların etinasızlığı da bununla bağlı ola bilər. Çünki ruslar açıq şəkildə bildiriblər ki, “yaşayış məntəqələrini 1991-in xəritəsinə uyğun qeyd edirik.

Sərhədlərin müəyyənləşdirilməsi də həmin xəritələr əsasında aparılır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanandan sonra coğrafi adları Bakının təqdim etdiyi xəritələrdəki kimi göstərərik”.

Loru dildə desək:

“Hazırda Qarabağın dağlıq hissəsi bizim (rusların) nəzarətimizdədir və ürəyimiz necə istəyir, o cür də adlandırırıq. Buna hüquqi əsasımız da var”.

Problem ondadır ki, sülhün imzalanmasına əngəl də sülhməramlıları yollayan ölkədir.

MN və dejavü

– I Qarabağ savaşından sonra ermənilər Bakının tələblərini qulaq ardına vururdu.
– II Qarabağ savaşından sonra rus sülhməramlılar Bakının tələblərini qulaq ardına vurur.

Söhbət Bakının tələblərindəki qətiyyət azlığından yox, Qarabağda müharibə yaradan Kremlin həyasızlığından gedir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678