Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Maaşım çoxdur, işim isə yoxdur – Qəribə etiraz

67 Baxış

İrlandiya Dəmiryolunun əməkdaşı işəgötürənini məhkəməyə verib və iş tapşırığı çox az olduğuna görə bütün günü sendviç yemək və qəzet oxumaq məcburiyyətində olduğunu bildirib.

Dermot Elister Mills, doqquz ildən çox əvvəl şirkətin hesabatları ilə bağlı problemlər məsələsini qaldırdıqdan sonra vəzifələrdən məhrum edilməklə cəzalandırıldığını düşündüyü üçün, darıxdırıcı işə görə işəgötürənini məhkəməyə vermək qərarına gəlib. Kişi Əmək Münasibətləri Komissiyasına izah edib ki, 2014-cü ildə kommersiya sirrini açıqladıqdan sonra onun iş öhdəlikləri sıfıra enib.

İrlandiya Dəmir Yollarının maliyyə meneceri uzun gəzintilərə çıxmaq və qəzet oxumaq üçün ildə 121 min avro aldığından şikayətlənib. “Deyərdim ki, həftədə bir dəfə görməli olduğum iş tapşırıqları varsa, mən artıq xoşbəxtəm”, – Mills deyib.

Kişi deyib ki, iki qəzet alır: “The Times” və “The Independent”. “Ofisimə gedirəm, kompüteri yandırıram, poçta baxıram. Mənə bir dənə də məktub gəlmir – nə işlə bağlı, nə də həmkarlardan. Oturmuşam, qəzet oxuyuram və sendviç yeyirəm. Saat 10:30 radələrində cavab tələb edən e-poçt məktubu alsam, ona cavab verirəm. Bir iş görünsə, mən bunu edirəm”, – irlandiyalı qeyd edib.

“Irish Rail” rəhbərliyi Millsin 2014-cü ildə məxfi məlumatları açıqladığını etiraf edib, lakin şirkətin buna görə onu cəzalandırdığını rədd edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678