Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin artıq uduzub – Rusiya prezidenti Adolf Hitlerlə eyni vəziyyətdədir

59 Baxış

“Rusiya tamamilə təcrid olunub, Putin artıq uduzub”

Turanmedia.az-in məlumatına görə, TNS “Nieuwsblad”a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti 1943-cü ildəki kimi Adolf Hitlerlə eyni vəziyyətdədir. O artıq müharibədə məğlub olub, lakin döyüşlər davam edir.

“Rusiya indi beynəlxalq arenada tam təcrid olunub. Sanksiyalar çox ağırdır. Müharibə çox pula başa gəlir. Putin isə artıq uduzub. Putin ukraynalıların dözümlülüyü ilə bağlı yanılırdı. Çünki heç kim ona tam həqiqəti deməyə cəsarət etmir”, – Timmermans bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678