Nadir xəstəliyə görə qadının burnu və ayaqları böyüdü

13 Baxış

Dəyişən ayaq ölçüsü hindistanlı bir qadında nadir xəstəliyin aşkarlanmasına kömək edib.

Turanmedia.az Milli.Az-a istinadən bildirir ki, bu barədə “Times Now News” xəbər verib.

Nevroloq Sudhir Kumar qeyri-adi hadisəni şəxsi bloqunda təsvir edib. Onun sözlərinə görə, bir gün xəstə həyat yoldaşı ilə birlikdə onun qəbuluna gəlib. Qadının qeyri-adi görünüşü həkimin diqqətini cəlb edib. Gələn qadının dodaqları, burnu və dili həmişəkindən daha böyük görünüb, dişləri arasında kiçik boşluqlar yaranıb.

Həkim bilib ki, hipofiz vəzinin xəstəliklərində də oxşar dəyişikliklər müşahidə olunur. Təxminini təsdiqləmək üçün həkim qadına gözlənilməz sual verib: son vaxtlar ayaqlarının ölçüsü dəyişibmi? Qadın etiraf edib ki, iki il ərzində ayaqlarının ölçüsünün həqiqətən 37-dən 39-a çatıb, amma o buna əhəmiyyət verməyib.

Bununla əlaqədar nevropatoloq xəstənin həyat yoldaşını müayinəyə göndərib. MRT-də qadında hipofiz adenoması, bədənin müəyyən hissələrinin həddindən artıq böyüməsinə səbəb ola bilən xoşxassəli şiş aşkar edilib. O, əməliyyat olunub, tez sağalıb və indi heç nə onun sağlamlığına təhlükə yaratmır.