Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu ölkədə bəbir insanlara hücum etdi: 13 nəfər…

58 Baxış

Hindistanın Assam əyalətində elmi institutlardan birinə məxsus düşərgəyə girən bəbir insanlara hücum edib.

Turanmedia.az “Hürriyət” qəzetinə istinadla xəbər verir ki, ətrafdakı insanlara hücum edən bəbir aralarında uşaq və qadın olmaqla 13 nəfəri yaralayıb.

Yerli polisin verdiyi məlumata görə, yaralananlardan 3-ü institut əməkdaşıdır.

Paylaşılan görüntülərdə hadisədən sonra bəbirin yola qaçdığı və avtomobillərdən birinin üzərindən keçərək ərazidən uzaqlaşdığı öz əksini tapıb.

Yırtıcı heyvanın düşərgəyə yaxınlıqda yerləşən meşədən gəldiyi ehtimal edilir. / Olke.az

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678